Səmaya Məktublar (Məktub 1) ...

08 Sen
12
Səmaya Məktublar (Məktub 1)

...otaqdasan? Yenə qapını bağlamısan? Bezmisən hər şeydən, hə? Bilirəm, qulaqlıqda saatlarca eyni mahnı səslənir. Və sən, özünə baxmaqdan qorxursan.

Qorxursan, yaşamaq istədiyin həyatı qazanmaq üçün mübarizəyə girməyə. Sən ən çox itirməkdən qorxursan. Gəl sənin sirrini açım. Sən ən çox ağlamaqdan qorxursan. Həm də, məğlub olmaqdan. Ya da sadəcə uğursuz görünməkdən...

Düşünürsən ki, mən bunları hardan bilirəm? Bəlkə də eyni taleyi paylaşırıq səninlə. Əslində, otağındakı əşyalar sənin necə gücsüz, aciz və tənha olduğunu ancaq görə bilir. Amma, sənin nələr çəkdiyini indi hiss edə bilirəm. Sən məni tanımasanda. Heç vaxt görməsəndə. Adımı bilməsəndə. Bu döyüşü səninçün çıxıram.

Sadəcə indi məni dinlə. Bilirəm, bəzən hər şey pis olur. Bu yaşadığımız əhatə üçün qaçılmazdır. Bilirsən, həyat o qədər uzun deyil ki, sən başqalar üçün yaşayasan. Onlar çoxdurlar, sən isə təksən. Tək! Gəl sənə sirr açım, əslində qaranlıqdan qorxan insanlar, qaranlıqdan qorxmur. Sadəcə tək özünlə rastlaşmaqdan qorxurlar. Öz qorxularına qalib gəl. Mən isə birazdan gələcəm...

...
Şərh bölməsinə keç (0)
Digər yazılar