Qaydalar

Sizə təqdim olunan İstifadəçi Razılaşması və Qaydaları (Bundan sonra "Qaydalar") Blogum.az ilə sizin aranızda bağlanmış müqavilə hesab olunur. 

Bu Qaydalar istifadəçinin Blogum.Az-ın xidmətlərindən, məzmunundan və məhsullarından istifadə qaydalarını müəyyənləşdirir. 

Blogum.Az-dan istifadə edirsinizsə, siz bu Qaydalara razılıq vermiş hesab olunursunuz.

Bu Qaydaların hər hansı bir bəndi ilə razı deyilsinizsə, siz Blogum.Az saytından istifadə edə bilməzsiniz. 

Biz bu Qaydaları istənilən vaxt qismən və tam dəyişdirmək hüququna malikik. Qaydalarda dəyişiklik edilərkən, bu dəyişikliklər qüvvəyə minməzdən əvvəl sizə şəxsi kabinetiniz (bildiriş, mesaj və s.) vasitəsi ilə məlumat veriləcəkdir. Hər hansı dəyişikliklə razı deyilsinizsə, siz öz hesabınızı Blogum.Az-dan silə bilərsiniz. Əgər dəyişikliklərdən sonra Blogum.Az-dan istifadəyə davam edəcəksinizsə, sizin saytdan istifadəniz yeni Qaydalarla tənzimlənəcəkdir.

Sizin Blogum.az-da yayımladığınız məzmun üzərində hüququnuz var. Həmin məzmunu Blogum.Az-a yerləşdirməklə, siz onunla bağlı aşağıdakı hüquqları  Blogum.Az-a vermiş olursunuz:

- Məzmunun (yazı, video, foto, açıq şəxsi məlumatlar) yayılması, arxivləşdirilməsi;

- Blogum.Az-ın reklamlarında istifadə olunması.

- Məzmunun yayımlandığı səhifələrdə reklamların yerləşdirilməsi.

Blogum.Az sizin konkret razılığınız olmadan sizin məzmunu üçüncü tərəfə sata bilməz.

Siz yayımladığınız məzmunun tərkibinə, dədiqliyinə, habelə müəlliflik hüququ ilə bağlı məsuliyyət daşıyırsınız.

Siz digər resurslarda yayımlanmış və müəlliflik hüququ sizə məxsus olan məzmunları da Blogum.Az-a yerləşdirə bilərsiniz.

Blogum.Az sizin yayımladığınız istənilən məzmunu silmək hüququna malikdir və bu zaman silinmənin konkret səbəbləri ilə bağlı izahat verməyə bilər. 

Siz istənilən vaxt yayımladığınız istənilən məzmunu redaktə edə və ya tam silə bilərsiniz. Siz Blogum.Az-dakı hesabınızı da istənilən vaxt silə bilərsiniz.