Göz ardı  ...

27 Avq
18
Göz ardı 

Bu günlərdə dünyada baş verən siyasi məsələlər, dünya ölkələri və onların daxili çəkişməsi, münaqişələr, diplomatların verdiyi səhv qərarlar, debatlar, müharibə yaradacaq səbəblərin ortaya atılması, gizlədilən reallıqlar və s. 

Bunlarla yanaşı dünyanı daha yaxşı yer etmək üçün çalışanlar var. 

Keçmişdəki insanların doğru olaraq bildiyi, amma insanlığı məhvə sürükləyən yanlışları tətbiq etməsi indiki cəmiyyətlərdə fikir ayrılığına səbəb olub. Yeni nəslin əzmkarlığı (bir qismi, əksəriyyət kor valideynlərin hiss edərək atdığı yanlış addımları göz görə-görə yenidən təkrarlayır) motivasiyası dünyanın insanlarını birləşdirmək cəhdi, hər hansı münaqişə olduğu zaman yumruqla yox, sözlə yollarını ayırmağı bacaranlar qalib gəlir. Qalib gəlmək o demək deyil ki, uddun və ya uduzdun, bu daxili rahatlıq tapdın deməkdir. 

Az insan süründüyünün fərqinə varıb buna baş qaldırıb, həmin insanlar çox əziyyətlərdən keçir, indiki gününü gün etmək üçün hər cür dəridən-qabıqdan çıxır, onun uğurlarını eşidən heç vaxt özünü inkişaf etdirmək üçün əmək, vaxt, güc sərf etməyən biri həmin uğurun içində (loru dildə desək) bir qurd axtaracaq. Onlara görə hər şey şansdır, amma əzm göstərərək çalışsalar , yerlərindən qalxıb əlini qaldırıb qapının dəstəyini fırlatsalar, hər şeyin əslində ilk addımdan başladığını, insana bu sayədə güc,iradə, inam gəldiyini hiss edib daha var gücü ilə hamıdan çox cəhd edərək, səhvlərdən dərs çıxardaraq, öz həyatlarını kontrol edərək üst səviyyəyə və bununlada öz daxili sakitliyinə heç əlavə təsir olmadan( alkoqol, narkotik,meditasiya və s.) çatırlar. Bu cəsarətə sahib olmayanlar ömür boyu kiçik kətildə oturub kiminsə o qapını digər tərəfdən açıb onu çağıracağını gözləyir. Həmişə özünü deyildə ətrafı,ailəni,cəmiyyəti yeri gəldiyində(yersiz bir şəkildə) dövləti günahlandırırlar, özlərini şansız olduqlarına inandırıblarki, başlarını qaldırıb heç qapıya baxmağa belə cəsarət etmirlər bunun üçün özlərini motivasiya etmirlər, ətrafda baş verən hadisələr sanki belə olmalı imiş kimi etiraz etmədən razılaşıb həyata davam edirlər. Gücün ,inamın,cəsarətin olduğu gerçəkdir. Əməl ,fəaliyyət, İnam insanı ümidli edər. Bəziləri dayanmadan ümid edir, əslində cəsarə edib ilk addımı atqıdan sonra ümid etmək lazımdırki, gələcək addımların daha sərt və inamlı olacaq hadisələr yaşansın. Cəsarət edib ilk addımı atdım və ilk yazımı paylaşdım və ümid edirəm ki,davamlı olmağı üçün əlimdən gələni etmək üçün hadisələr yaxşı yöndə cərəyan edər. Oxuduğunuz üçün təşəkkürlər.

...
Şərh bölməsinə keç (0)
Digər yazılar